Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
Far.Az xəbər saytı

Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı


Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini - tanınmış müğənni Siruşoya məxsus "Pregomesh" zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki bu barədə məlumatı Ermənistan kütləvi informasiya vasitələri yayıb.

Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanır. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir, orada yoxlanışlar hələ də davam edir.

*** 09:20

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Far.Az report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan bildirib.

Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.

Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
HONOR brendinin 5 illiyi və inkişaf strategiyası təqdim olundu
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər