Mərhum Xalq artistinin abidəsi adi olmayacaq
Mərhum Xalq artisti Rasim Balayevin qəbirüstü abidəsinin layihəsi artıq hazırdır.
Far.Az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.
Onun sözlərinə görə, abidənin müəllifi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyevdir:
"Layihə adi büst və ya ənənəvi qəbir daşı çərçivəsindən kənara çıxan, 4 hissədən ibarət xüsusi kompozisiya şəklində işlənib. Bir çox standart abidələrdən öz orijinallığı ilə fərqlənir. Kompozisiyada yalnız görkəmli aktyorun öz portret obrazı deyil, həm də onun böyük ekranda canlandırdığı unudulmaz rollar, sənət yolu və şəxsiyyətinin məziyyətləri öz əksini tapıb.
Sənətkarın ailəsi və dostları layihənin Rasim Balayevin şəxsiyyətinə və zəngin yaradıcılığına tam layiq bir əsər olduğunu deyirlər. Eskizlər həm sənətkarın ailəsi, həm də sənət dostları tərəfindən böyük bəyənmə ilə qarşılandı.
Abidənin hazırlanması fərdi təşəbbüs deyil, rəsmi dövlət sifarişidir. Bu səbəbdən layihənin ümumi konsepti və eskizləri kollegial qaydada müzakirə olunaraq yüksək dairələr tərəfindən təsdiqlənib. Artıq hazırlıq prosesinin son mərhələsinə qədəm qoyulub. Eskizlər əsasında istehsala veriləcək abidənin işlərinin tezliklə yekunlaşması və bu ilin payız aylarında Fəxri xiyabanda ucaldılması planlaşdırılır".
Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə Memorial Xəstəxanada vəfat edib. O, l Fəxri xiyabanda dəfn edilib.
Oxşar xəbərlər
Elçinin anım mərasimində qəbirüstü abidəsinin açılışı olub
Xalq rəssamı: İş rejimim çox ağırdır, akademiyadan emalatxanaya gələndə maşında yatıram – MÜSAHİBƏ
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Xalq artisti Rasim Balayev dəfn olundu
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
İsmayıllıda ağır qəza: İş adamı restoranının açılışına bir gün qalmış öldü
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Aston Villa" Rafael Leaunun transferi üçün "Milan"la danışıqlara başlayıb
-
Xalq artistinin oğlu: Tofiq Bakıxanov Azərbaycan musiqisinin ən fəal təbliğatçılarından biri idi













