İran ABŞ-nin sanksiyalarına hazır olduğunu bildirib
İran hökuməti ABŞ-nin İslam Respublikasına qarşı sanksiyaların sərtləşdirilməsinə, yeni məhdudiyyətlər tətbiq etməsinə hazır idi və potensial problemlərin öhdəsindən gəlmək üçün əvvəlcədən plan hazırlayıb.
"Far.Az" xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib.
"Ölkə hökuməti ABŞ sanksiyalarına qarşı necə çıxacağını əvvəlcədən planlaşdırıb və yeni məhdudiyyətlərə tam hazırdır", - "Tasnim" agentliyi nazirdən sitat gətirib.
Nazir izah edib ki, kabinetin iki illik iqtisadi inkişaf planı var və orada bütün problemlər nəzərə alınıb. Onun sözlərinə görə, Vaşinqton İran iqtisadiyyatının damarlarını kəsməklə məqsədlərinə çata bilməyəcək.
Eyni zamanda, İranın naziri qeyd edib ki, müharibə sənayeyə, xüsusən metallurgiya zavodlarının fəaliyyətinə təsir edib. "Lakin biz onları bərpa etdik və ölkəni müdafiəsinə davam edirik", - Mədənizadə fikirlərini yekunlaşdırıb.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana qarşı görünməmiş iqtisadi müharibə və təcridin başlandığını elan edib. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, maliyyə qurumları, müəssisələr, hava limanları və ya dövlət qurumları, Tehrana dəstək verəcək ölkələr ABŞ-nin ciddi iqtisadi nəticələri ilə üzləşəcəklər.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakıda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı boğularaq ölüb
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Daşkənddə keçirilən beynəlxalq media forumda poçt markalarının möhürlənməsi mərasimi keçirilib













