Naxçıvanda nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin ümumi dəyəri 17 %-ə yaxın artıb
Bu ilin yanvar–iyul aylarında Naxçıvan Muxtar Respublikasında nəqliyyat və anbar təsərrüfatı sektorunda 58 milyon 371,9 min manatlıq xidmət göstərilib.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 % çoxdur.
Hesabat dövründə nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər 4 milyon 184,9 min ton yük və 27 milyon 552,8 min sərnişin daşıyıb. 1 il əvvələ nisbətən yük daşınması 1,1 %, sərnişin daşınması isə 1 % artıb.
Daşınan yüklərin 4 milyon 177,1 min tonu avtomobil, 7,5 min tonu hava, 0,3 min tonu isə dəmir yolu nəqliyyatının payına düşüb.
Sərnişin daşınmasında isə avtomobil nəqliyyatı üstünlük təşkil edib. Belə ki, 27 milyon 82,9 min sərnişin avtomobildən, 469,9 min sərnişin isə hava nəqliyyatından istifadə edib.
Oxşar xəbərlər
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Horadiz-Ağbənd dəmir yolu ilə Araz İqtisadi Zonası Sənaye Parkına yüklərin daşınmasına başlandı
Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Dövlət-özəl tərəfdaşlığı: Aqrar sektorun inkişafında yeni mərhələ - TƏHLİL
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub
-
"SpaceX" ilk dəfə orbital uçuşdan sonra "Starship" gəmisini uğurla tutub
-
Hörmüz boğazının cənubunda iki neft tankeri minaya düşərək partlayıb
-
Aleksandar Vuçiç Serbiya parlamentində fraksiya rəhbəri seçilib
-
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb













