Sabah 9 rayonun bəzi ərazilərində işıq kəsiləcək
Sabah Lerik, Masallı, Quba, Göyçay, Ağdaş, Tərtər, Ucar, Goranboy və Bərdə rayonlarının bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
Bu barədə "Report"a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 26-da bəzi rayonlarda bir sıra 10 və 35 kV-luq hava elektrik verilişi xətlərində təmir və xətlərə toxunan ağacların budanması işləri həyata keçiriləcək.
Lerik Elektrik Şəbəkəsinin (EŞ) xidməti ərazisində saat 10:30-dan 13:00-dək Babagil, Bibiyani, Brkandul, Günəşli, Hamarmeşə, Noda, Soru, Vistən, Vizəzəmin kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Masallının Göyəçöl, Xıl, Qasımlı, Lürən, Musaküçə, Öncəqala, Sərçuvar, Şıxlar, Təzəkənd kəndlərininin bəzi ərazilərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin saat 14:00-dan 17:00-dək planlı fasilə Dəlləkli, Əminli, Hacıtəpə, Həsənli, Köcəkli, Kürdəbazlı, Qarğalıq, Qədirli, Məmmədxanlı, Şəhriyar, Təkdam kəndlərini də əhatə edəcək.
Quba EŞ-yə daxil olan Amsar kəndi, həmçinin şəhər ərazisində yerləşən 30, 32 və 33-cü məhəllələr, Dəvədabanı yaşayış massivi, Səmədağa Ağamalıoğlu, Mirzəbaba Tahirov, Məhəmməd Əmin Rəsulzadə, Məşədi Əzizbəyov küçələri, 12-ci kvartal, Meydan ərazilərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Göyçayda şəhər ərazisində Məhəmməd Əmin Rəsulzadə, Rəsul Rza, Atatürk, Məhəmməd Füzuli küçələrinin bəzi yerlərində saat 12:00-dan 14:00-dək enerjinin verilişində məhdudiyyət olacaq.
Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 14:00-dək Binələr, Davudlu, Malay və Pirəyir kəndlərində məhdudiyyət yaranacaq. Tərtərin Borsunlu kəndində saat 10:00-dan 14:00-dək planlı fasilə olacaq.
Ucar EŞ-yə daxil olan Bağban, Boyat, Qəzyan və Yuxarı Şilyan kəndlərində saat 11:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Hava xəttinə toxunan yaşıllığın budanması işləri ilə əlaqədar planlı fasilə saat 09:30-dan 15:30-dək Goranboyun Kürəkçay qəsəbəsi, Həmənli, Qarapirimli, Qırıqlı kəndlərini də əhatə edəcək.
Həmçinin Bərdə EŞ ərazisində yerləşən Məmmədli və Nazırlı kəndlərində saat 10:00-dan 14:00-dək enerjinin verilişi məhdudlaşdırılacaq.
Görülən işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Prezident İlham Əliyev Xocalının Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşüb
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Sabah bir çox ərazidə işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA













