"Mərkəzi Azəri" platformasının profilaktik işlər proqramı başa çatıb
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq "Mərkəzi Azəri" platformasında avqustun 19-dan başlayaraq 11 gün ərzində planlaşdırılmış profilaktik işlər proqramı tam şəkildə həyata keçirilib və proqram vaxtından əvvəl uğurla başa çatıb.
Bu barədə "Report" AÇG yatağının işlənməsi layihəsinin əməliyyatçısı olan "BP-Azerbaijan" şirkətinə istinadən məlumat verib.
Bildirilib ki, proqram üzrə nəzərdə tutulmuş bütün işlər tam təhlükəsiz şəkildə icra olunub. Hazırda hasilatın tədrici artırılması prosesi davam edir.
Xatırladaq ki, planlaşdırılmış profilaktik işlər proqramına müxtəlif layihələr, o cümlədən vacib bütövlük və texniki xidmət işləri, məşəl sistemində təkmilləşdirmələr, etibarlılığın artırılması təşəbbüsləri və anomaliyaların aradan qaldırılması tədbirləri daxil idi.
Proqram çərçivəsində həmçinin "Mərkəzi Azəri" platformasında qazın yenidən laylara vurulma gücünü artırmaq məqsədi daşıyan və mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək etmək üçün nəzərdə tutulmuş "Mərkəzi Azəri Qaz Genişləndirilməsi" (CAGE) layihəsinin icrasına aid bəzi işlər də həyata keçirilib.
Məlumatda həmçinin qeyd edilib ki, belə proqramlar normal əməliyyatların bir hissəsidir və onlar planlaşdırılmış şəkildə BP-nin Xəzərdə əməliyyatçısı olduğu digər platformalarda və obyektlərdə də müntəzəm olaraq həyata keçirilir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11













