Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail olub
"Tam istədiyiniz market" sloqanı ilə fəaliyyət göstərən Tamstore marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley - 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib.
Bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub. Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə "mini", "city" və "super" olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir.
Yubiley açılışı münasibətilə mediaya açıqlama verən Tamstore Marketlər Şəbəkəsinin baş icraçı direktoru Ceyhun Yusubov bildirib ki, qarşıya qoyulan üç ilə 100 mağaza hədəfi komandanın böyük əməyi sayəsində daha tez və uğurla tamamlanıb. Hazırda marketlər şəbəkəmiz Bakıda 56, Abşeronda 8, Sumqayıtda 6, Naxçıvanda 2 və regionlarda 28 mağaza ilə hər gün 200 minə yaxın müştəriyə xidmət göstərir.
O, bildirib ki, bu göstəricilər sadəcə rəqəm deyil, illər ərzində onlara güvənən xalqımızın və onlara xidmət göstərən komanda üzvlərinin birgə əməyinin nəticəsidir.
Ceyhun Yusubov yüzüncü mağazanın onlar üçün yeni bir başlanğıc xətti olduğunu, qarşıdakı dövrdə hədəflərinin daha çox regiona çatmaq, xidmət səviyyəsini və rəqəmsal təcrübəni gücləndirməklə Tamstore brendini Azərbaycanda etibarın ünvanına çevirmək olduğunu bildirib və bu yolda Tamstore-ni seçən hər kəsə təşəkkürünü ifadə edib.
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11













