İsrail mediası "Hapoel"in "Sabah"a məğlubiyyəti haqqında: Böyük xəyal son anda puç oldu - DAYCEST
Bakının "Sabah" futbol klubunun İsrailin Beer-Şeva təmsilçisi olan "Hapoel" komandası ilə qarşıdurmadakı qələbəsi və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması İsrailin aparıcı xəbər platformaları tərəfindən geniş işıqlandırılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, İsrail mediasının dünən Bakıda komandalar arasında baş tutmuş oyunu necə işıqlandırmasına dair daycest hazırlayıb.
İsrailin ən böyük xəbər saytlarından biri olan "Ynet" "Hapoel"in məğlubiyyətini "ağrılı" adlandırıb.
"Böyük xəyal ən son anda və ən ağrılı şəkildə puç oldu: "Hapoel"i Çempionlar Liqasının əsas mərhələsinə tarixi vəsiqə qazanmasından təxminən 10 saniyə vaxt ayırırdı. İsrail çempionu ilk görüşdən sonra 2:1 hesablı üstünlüklə Azərbaycana cavab oyununa gəlmişdi və iki dəfə önə keçmişdi, lakin 94-cü dəqiqədə buraxılan top oyunu əlavə vaxta daşıdı. Orada komanda daha iki dəfə qol buraxdı, iki qırmızı vərəqə aldı və yekunda "Sabah"a 2:5 hesabı ilə məğlub oldu", - portal qeyd edir.
Nəşr Azərbaycan komandası ilə qarşıdurma ilə bağlı yazır: "Bu, "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə çata bilmədiyi artıq üçüncü və bəlkə də, ən ağrılı haldır".
Eyni zamanda, ölkənin əsas internet qəzetlərindən biri olan "The Times of Israel" qeyd edir ki, 2022-ci ildən bəri heç bir İsrail komandası Çempionlar Liqasının əsas mərhələsində oynamayıb.
"Meydan sahibləri ("Sabah" - red.) ilk matçdakı məğlubiyyətdən sonra hesabı bərabərləşdirdilər, əlavə vaxtı oynadılar, daha sonra isə İsrail klubuna 6-4 hesabı ilə qalib gəldilər", - qəzet qeyd edir.
İsrailin ən qədim və tanınmış qəzetlərindən biri olan "Haaretz" də "Hapoel"in Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansını əldən verdiyini vurğulayıb.
"Azərbaycan çempionu "Sabah"la ilk matçdan sonra 2:1 üstünlüyə malik olan "Hapoel" bilirdi ki, növbəti mərhələyə keçmək, pley-off mərhələsini adlamaq üçün uduzmamaq (Bakıda - red.) kifayət idi", - qəzet qeyd edir.
"Qalan vaxtda "Hapoel" hesabı qorumağa üstünlük verdi. Martsiano Ofirin yaxşı oyunu (qapıçı - red.) komandanı bir neçə dəfə xilas etdi. Lakin "Sabah" kembek etdi və oyunun əsas vaxtının son saniyələrində hesabı 3:2 etdi", - "Haaretz"də qeyd ediblər.
"Nəticədə "Hapoel" növbəti dəfə yalnız Avropa Liqasında oynamaqla kifayətlənmək məcburiyyətində qaldı", - nəşr vurğulayır.
İdman portallarından biri - sport1.maariv də Bakıdakı matçı "paramparça olmuş arzular" adlandırıb.
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Bakıda gecə klubunda baş verən yanğın söndürülüb
-
Avtobusların dayanacaq yeri "Gənclik Mall"un qarşısındakı məntəqədən təşkil edilib
-
"Tvente" "Qarabağ"la oyuna itkilərlə çıxacaq
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Çimərlik güləşi üzrə beynəlxalq yarışlara qatılacaq Azərbaycan millilərinin heyəti müəyyənləşib













