Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu birgə layihələr planlaşdırır
Far.Az xəbər saytı

Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu birgə layihələr planlaşdırır


Azərbaycan İlahiyyat İnstitutu və Moskva İslam İnstitutu humanitar əməkdaşlıq sahəsində yeni birgə layihələr planlaşdırır.

"Report"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, "Mədinə" nəşriyyat evinin rəhbəri Dəmir Muxitdinov bildirib.

Onun sözlərinə görə, iki institut arasındakı əməkdaşlığa birgə tərcümə və nəşrlər, həmçinin tələbə mübadiləsi daxildir.

"Bizim humanitar sahədə, o cümlədən tərcümə və nəşrlər də daxil olmaqla bir çox belə layihəmiz planlaşdırılıb. Biz bu əməkdaşlığı davam etdiririk və təhsil müəssisələrimiz arasında tələbə mübadiləsini inkişaf etdiririk", - Muxitdinov deyib.

O qeyd edib ki, birgə layihələrdən biri "Dərbəndin tarixi" kitabının nəşri olub: "Bu, Azərbaycan İlahiyyat İnstitutunun və Moskva İslam İnstitutunun birgə layihəsi idi".

Muxitdinovun sözlərinə görə, tərəflər həmçinin Azərbaycan Elmlər Akademiyası və Nizami Gəncəvi Mərkəzi ilə də əməkdaşlıq edirlər.

Oxşar xəbərlər

"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
"Qarabağın dirçəlişi: Azərbaycan intibahının hekayəsi" kitabının təqdimat mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər