Səidə Mirziyoyeva: Özbəkistan və Azərbaycanı xüsusi dostluq münasibətləri bağlayır
Far.Az xəbər saytı

Səidə Mirziyoyeva: Özbəkistan və Azərbaycanı xüsusi dostluq münasibətləri bağlayır


Özbəkistan Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyeva Daşkənd və Bakı arasında xüsusi dostluq münasibətlərinin olduğunu bildirib.

"Far.Az"un məlumatına görə, o, bunu Azərbaycan Prezidenti İlham Əliyevin və ailəsinin Özbəkistana son səfərini şərh edərkən sosial şəbəkə hesabında yazıb.

"Ölkələrimizi xüsusi dostluq münasibətləri bağlayır. Bu, yalnız dövlətlərarası münasibətlərdə deyil, xalqlarımızın bir-birinə göstərdiyi səmimi münasibətdə də özünü göstərir. Tariximizdə, mədəniyyətimizdə və adət-ənənələrimizdə çoxlu ortaq cəhətlər var. Bu gün isə bunlara infrastrukturdan tutmuş investisiyalara qədər ən müxtəlif sahələrdə yeni birgə layihələr əlavə olunur", - deyə Mirziyoyeva yazıb.

O vurğulayıb ki, Azərbaycan liderinin səfəri iki ölkə arasındakı münasibətlərdə daha bir mühüm səhifə açıb. S.Mirziyoyeva qeyd edib ki, imzalanmış Əbədi dostluq haqqında Müqavilənin adı bu gün Özbəkistanla Azərbaycanı birləşdirən münasibətləri çox dəqiq ifadə edir.

"Azərbaycanlı dostlarımızı Özbəkistanda görməkdən məmnunuq. Sizi hər zaman gözləyən ölkəyə xoş gəlmisiniz", – deyə o əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər