"Tvente"nin baş məşqçisi Con van den Brom: "Sabah mərhələ keçmək üçün yaxşı imkanımız olacaq"
"Tvente"nin sabah UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"la keçirəcəyi cavab matçında heç bir bəhanəsi ola bilməz.
"Far.Az" xəbər verir ki, bunu komandanın baş məşqçisi Con van den Brom UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ"la ilə Bakıda keçiriləcək cavab matçından öncə mətbuat konfransında deyib.
O, daha diqqətli oynamağın vacibliyindən danışıb:
"Oyundan bir neçə gün öncə gəlməyimiz əlbəttə futbolçular üçün rahat idi. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışmışıq və buna kifayət qədər vaxt ayırmışıq. Sabah revanş almaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz, nəticə qazanmalıyıq".
Xatırladaq ki, "Qarabağ" - "Tvente" görüşü avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Komandalar arasında Niderlandda baş tutan oyunda Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Oxşar xəbərlər
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Qarabağ" Bakıda "Nyukasl"a böyük hesabla uduzub - YENİLƏNİB-9
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
Trampla Ərdoğan arasında telefon danışığı olub
-
Vensan Kompani bu tarixə qədər "Bavariya"nı çalışdıra bilməyəcək
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır"













