Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib.
"Report" xəbər verir ki, təbrikdə deyilir:
"Əziz və hörmətli Mehriban xanım!
İcazə verin, Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edim və ən səmimi, xoş arzularımı çatdırım.
Qəlbi ən gözəl keyfiyyətlərlə, bənzərsiz zəriflik və sonsuz xeyirxahlıqla dolu olan Sizin kimi bir insanla yaxın dostluğumu və səmimi münasibətlərimi son dərəcə dəyərli hesab edirəm.
Sizin ictimai və dövlət həyatındakı çoxşaxəli fəaliyyətiniz təkcə Azərbaycanda deyil, bütün dünyada dərin hörmət və rəğbət qazanıb. Zərif qadın incəliyini və sarsılmaz iradəni özündə təcəssüm etdirən nurlu obrazınız Azərbaycan xalqının qürur mənbəyi, dövrümüzün layiqli və ruhlandırıcı qadınının parlaq nümunəsidir.
Azərbaycan Respublikası Prezidentinin Özbəkistana tarixi dövlət səfəri çərçivəsində Sizinlə bu yaxınlarda baş tutan görüş, həmçinin əbədi şəhər Buxarada birlikdə keçirdiyimiz məhsuldar və sevincli saatlar qəlbimdə ən isti və parlaq təəssüratlar buraxıb.
Uzun illər ərzində əsl bacı yaxınlığına əsaslanan münasibətlərimizin övladlarımız arasında, indi isə nəvələrimiz arasında da davam etməsi məni səmimi-qəlbdən sevindirir.
Əminəm ki, ortaq dəyərlərə və zəngin mədəni irsə əsaslanan əlaqələrimiz ölkələrimiz və qardaş xalqlarımız arasında dostluq bağlarını bundan sonra da yeni məzmunla zənginləşdirəcək.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, ailə səadəti, rifah və firavanlıq arzulayıram. Qoy nəcib arzularınız qardaş Azərbaycan xalqının rifahı naminə daim yüksək nailiyyətlərə və uğurlara gətirib çıxarsın".
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb













