Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
Slovakiya polisi ölkənin şərqində pilotsuz uçuş aparatları istehsal edən zavodun yandırılmasına cəhdin qarşısını alıb və üç əcnəbiyə qarşı ittiham irəli sürüb.
"Far.Az"un məlumatına görə, bu barədə Slovakiya polisinin mətbuat xidməti məlumat yayıb.
Qurumun məlumatına əsasən, şübhəlilər PUA-ların istehsal olunduğu obyekti yandırmağı planlaşdırıblar. Mümkün hücum zamanı müəssisədə təxminən 70 əməkdaş ola bilərdi. İstehsalat sexindəki əmlakın dəyəri isə on milyonlarla avro qiymətləndirilir.
Şübhəlilərdən ikisi Slovakiyada, üçüncüsü isə Almaniyada saxlanılıb. İstintaqın versiyasına görə, onlar üçüncü tərəfin sifarişi ilə əlbir olaraq hücum həyata keçirməyi planlaşdırıblar.
Polis sübut kimi külli miqdarda yanıcı qarışıq, alətlər, mobil telefonlar, kompakt videokamera və əllə çəkilmiş plan götürüb. Kriminalistlər müəyyən ediblər ki, şübhəlilər yanğını törətmək üçün napalm maddəsindən istifadə etməyi planlaşdırıblar.
"Denník N" portalının məlumatına görə, hücumun hədəfi Preşov şəhəri yaxınlığında yerləşən və kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları istehsal edən Skyeton şirkətinin zavodu olub.
İstintaq davam edir. Əlavə məlumatın daha sonra təqdim ediləcəyi bildirilib.
Oxşar xəbərlər
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Gəncədə zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Bu zavodun fəaliyyəti dayandırıldı - SƏBƏB
Kartof yükündə gizlədilən külli miqdarda dərmanın ölkəyə gətirilməsi qarşısı alınıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Azərbaycandakı sığorta şirkətlərinin sığorta haqlarının məbləğinə görə renkinqi (Yanvar-iyul, 2026)













