Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş olunub
Laçın Şəhəri Günü çərçivəsində avqustun 26-da Həkəri çayının sahilində Füzuli Dövlət Dram Teatrının "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş olunub.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Tamaşanın quruluşçu rejissoru Nicat Mirzəzadə, səhnələşdirəni Şəlalə Kərimova, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Vüqar İsmayılov, rejissor assistenti Gülgəz Soltanovadır.
Obrazları Günay Çobanzadə (Ana keçi), Xurşud Babayeva (Şəngülüm), Püstə Əhmədova (Şüngülüm), Gülgəz Soltanova (Məngülüm), Vüsal Həsənov (Qoca Canavar), Vüqar Babayev (Canavar) və Sahilə Abbasova (Qaz, Dəmirçi) canlandırıblar.
Səhnə əsərinin əsas ideyası uşaqlara böyüklərin sözünü dinləməsi, ehtiyatlı və düşüncəli davranmasının vacibliyini aşılamaqdır. Düşünülməmiş addımlar və yadlara inam bəzən təhlükəli nəticələrə gətirib çıxara bilər. Bu baxımdan, tamaşa uşaqlarda məsuliyyət hissini gücləndirir və onları daha diqqətli olmağa çağırır. Birlik və həmrəylik kimi ideyaları da əks etdirən tamaşa böyük maraqla qarşılanıb.
Oxşar xəbərlər
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Laçında "Şəngülüm, Şüngülüm, Məngülüm" nağıl-tamaşası nümayiş etdirilib
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb













