Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən Emil Ağayevin cinayət işinin məhkəmə baxış iclası keçirilib.
Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda şahid ifadələri bitdikdən sonra sənədlərin tədqiqinə başlanılıb. Daha sonra məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Prosesin çıxışlar mərhələsində prokuror dövlət ittihamının müdafiəsi zamanı Emil Ağayevin 19 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Zərərçəkənin hüquqi varisi, yəni Emil Ağayevin bacısı isə məhkəmədən qardaşına ömürlük həbs cəzasının verilməsini istəyib.
Son söz zamanı isə Emil Ağayev hadisəni törədərkən anlaqsız vəziyyətdə olduğunu deyərək məhkəmədən buna görə ona yüngül cəza verilməsini xahiş edib.
Müşavirədən sonra hökm elan edilərək Emil Ağayev 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2025-ci il yanvarın 24-də paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. 1981-ci il təvəllüdlü Emil Ağayev anası 1959-cu il təvəllüdlü Həyat Ağayevanı qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Araşdırmalarla məlum olub ki, Emil Ağayev hadisəni qısqanclıq zəminində törədib.
Faktla bağlı Emil Ağayev barəsində Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 maddələri ilə cinayət işi açılaraq barəsində ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Vardanyan Paşinyanın, ATƏT-in Minsk qrupu üzvlərinin və BQXK nümayəndələrinin dindirilməsini xahiş edib
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: Düşmənlər İranı iğtişaşlara sürükləmək istəyir
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb













