Daşkənddə beynəlxalq media forumunun iştirakçıları Özbəkistan Prezidentinə müraciət qəbul ediblər
"İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" Beynəlxalq media forumunun iştirakçıları Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə müraciət qəbul ediblər.
"Far.Az"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, müraciət Özbəkistandakı İslam Sivilizasiyası Mərkəzində forumun əsas işgüzar proqramının təntənəli bağlanış mərasimində qəbul edilib.
Müraciətin mətnini İslam Sivilizasiyası Mərkəzinin mətbuat katibi Uktam Usmonov oxuyub.
Müraciətdə Beynəlxalq media forumunun beynəlxalq media icmasının nümayəndələri arasında dialoq və əməkdaşlıq üçün müntəzəm platformaya çevrilməsi təşəbbüsünün dəstəkləndiyi qeyd olunub.
"Beynəlxalq media forumun dialoq və əməkdaşlıq, jurnalistlər və kütləvi informasiya vasitələri arasında birgə layihələrin inkişafı, eləcə də tarix, mədəniyyət, elm və müasir inkişaf məsələlərinin birgə işıqlandırılması üçün müntəzəm platformaya çevrilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirik", - müraciətdə bildirilib.
Təxminən 50 ölkədən beynəlxalq media və ekspert icmasının 300-ə yaxın nümayəndəsini bir araya gətirən forum çərçivəsində tarixi-mədəni irsə, müasir media formatlarına, sənədli kinoya, nəşriyyat və rəqəmsal layihələrə, həmçinin süni intellektin tətbiqinə həsr olunmuş plenar sessiyalar, beynəlxalq müzakirələr və təqdimatlar keçirilib.
Paralel olaraq, Daşkəndin ali təhsil müəssisələrində "BBC Studios", "TRT World", beynəlxalq informasiya agentlikləri, nəşriyyat evləri nümayəndələrinin, kinematoqrafçıların, media ekspertlərinin, habelə Azərbaycan jurnalistlərinin və media nümayəndələrinin iştirakı ilə ustad dərsləri və yaradıcılıq görüşləri keçirilib.
Forum çərçivəsində yeni birgə layihələr təqdim edilib, müqavilələr, memorandumlar və əməkdaşlıq haqqında digər sənədlər imzalanıb. Tədbirin yekunlarına əsasən forumun yekun sənədləri də qəbul edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
-
Slovakiyada PUA istehsal edən zavodun yandırılmasının qarşısı alınıb
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub - YENİLƏNİB-2
-
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda ikinci qol vurulub
-
Salyanda iki avtomobil toqquşub, bir nəfər ölüb
-
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11













