UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
2026/2027-ci illər mövsümü UEFA Çempionlar Liqası təsnifat mərhələsinin pley-off oyunlarının ikinci axşamının yekunlarına görə turnirin ümumi mərhələsinə çıxan son dörd komanda müəyyənləşib.
"Far.Az" xəbər verir ki, turnirin həlledici mərhələsində "Fənərbağça" (Türkiyə), AEK (Yunanıstan), "Vikinq" (Norveç) və "Slovan" (Bratislava) klubları çıxış etmək hüququnu qazanıb.
Ötən gün ümumi mərhələyə vəsiqələri İsrailin "Hapoel Beer-Şeva" komandasına qalib gələn Bakının "Sabah" (1:2, 5:2), "Seltik"i (Şotlandiya) məğlub edən LASK (Avstriya) (0:3, 5:1) və "NEC Neymegen"i (Niderland) üstələyən "Budyo Qlimt" (Norveç) (3:1, 3:0) əldə edib.
Beləliklə, Çempionlar Liqasının ümumi mərhələsində aşağıdakı 36 komanda oynayacaq:
"Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul" (hamısı İngiltərə), "Barselona", "Real Madrid", "Vilyarreal", "Atletiko", "Betis" (hamısı İspaniya), "İnter", "Napoli", "Roma", "Komo" (hamısı İtaliya), "Bavariya", "Borussiya", "RB Leypsiq", "Ştutqart" (hamısı Almaniya), "PSJ", "Lans", "Lill" (hamısı Fransa), PSV, "Feyenoord" (hər ikisi – Niderland), "Portu", "Sportinq" (hər ikisi Portuqaliya), "Brügge" (Belçika), "Slaviya" (Çexiya), "Qalatasaray", "Fənərbağça" (hər ikisi Türkiyə), "Şaxtyor" (Ukrayna), "Budyo Qlimt", "Vikinq" (hər ikisi Norveç), "Sabah" (Azərbaycan), LASK (Avstriya), AEK (Yunanıstan) və "Slovan" (Bratislava).
Oxşar xəbərlər
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb
UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çempionlar Liqasında pley-offun cavab oyunları: "Fənərbağça" "Lion"a qarşı
-
Qurban Qurbanov: "Tvente" ilə oyunda azarkeşləri sevindirməyə çalışacağıq"
-
Azərbaycanda yeni sanitariya norma və qaydaları təsdiq edilib
-
Ötən gün 25 nəfər saxlanılıb
-
"Neftçi" Alessio Kurçi ilə yollarını ayırıb
-
Kuba XİN rəhbəri ABŞ-ı "bütöv bir xalqı boğmağa" çalışmaqda ittiham edib












