Azərbaycanda 9 ayda 4,2 milyard kVt/saat "yaşıl enerji" istehsal edilib
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı 21 milyard 190,9 milyon kVt/saat olub.
Bu barədə "Report" Energetika Nazirliyinin yanvar-sentyabr ayları üzrə açıqladığı operativ məlumatlara istinadən xəbər verir.
Bu dövrdə İES-lərdə 16 960 mln. kVt·st, SES-lərdə 2 767,1 mln. kVt·st, digər mənbələr üzrə isə 1 463,8 mln. kVt·st, o cümlədən külək elektrik stansiyalarında 768,7 mln. kVt·st, günəş elektrik stansiyalarında 501,5 mln. kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 193,6 mln. kVt·st elektrik enerjisi istehsal edilib.
9 ay ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisi istehsalı su elektrik stansiyalarında 352,8 mln. kVt·st, külək elektrik stansiyalarında 698,4 mln. kVt·st, BMTYZ üzrə isə 10,2 mln. kVt·st artıb. Ümumilikdə SES-lər də daxil olmaqla bərpa olunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı 1051,9 mln. kVt·st artımla 4 230,9 mln. kVt·st təşkil edib.
Yanvar-sentyabr ayları üzrə elektrik enerjisinin istehsalı "Azərenerji" ASC üzrə 18 233,4 mln. kVt·st (İES-lərdə 15 434,8 mln. kVt·st, SES-lərdə 2 753,1 mln. kVt·st, GES-lərdə 45,5 mln. kVt·st), müstəqil elektrik stansiyaları üzrə isə 2 957,5 mln. kVt·st təşkil edib.
Hesabat dövründə elektrik enerjisinin ixracı 301,6 mln. kVt·st, idxalı isə 170,6 mln. kVt·st olub.
Oxşar xəbərlər
Bu gündən avtobus və metroda gedişhaqqı 60 qəpik oldu
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
DYMX Neft Emalı Zavodunda yanğın-taktiki təlim keçirib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb
-
Bakıda III Milli Rəqabət Forumu keçirilir
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlib













