Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq
Far.Az xəbər saytı

Azərbaycan "Böyük Dəbilqə" turnirində 14 cüdoçu ilə təmsil olunacaq


İsveçrənin Lozanna şəhərində keçiriləcək "Böyük Dəbilqə" turnirində Azərbaycanın 14 cüdoçusu mübarizə aparacaq.

"Far.Az" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda cüdoçular 9 çəki dərəcəsində qüvvələrini sınayacaqlar.

Avqustun 28–30-da təşkil olunacaq turnirdə kişilərdən ibarət milli komandaya baş məşqçi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Slavko Tekiç, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif rəhbərlik edəcək.

Yarışda qurumun Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.

Qadınların yarışında Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Südabə Ağayeva (70 kq) və Madina Kaisinova (+78 kq), kişilər arasında isə Əhməd Yusifov (60 kq), Turan Bayramov, Ruslan Paşayev (hər ikisi 66 kq), Kamran Süleymanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Vüsal Qələndərzadə (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Kənan Nəsibov və Uşanqi Kokauri (hər ikisi +100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, turnirdə 78 ölkədən 518 cüdoçu (309 kişi, 209 qadın) tatamiyə çıxacaq.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər