"Qarabağ"- "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi Niderlandın "Tvente" klubu olacaq.
Azarkeşlər üçün qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında "Azərsun Holdinq"in təşkilatçılığı ilə xüsusi fan zona fəaliyyət göstərəcək. 27 avqust saat 18:00-dan etibarən başlayacaq proqram çərçivəsində futbolsevərləri müxtəlif əyləncəli oyunlar, DJ çıxışı və maraqlı fəaliyyətlər gözləyir.
Fan zonaya gələn qonaqlar "Azərsun Holdinq"in müxtəlif markalarının məhsullarından da dadmaq imkanı əldə edəcəklər. "Azerçay", "Joyzz", "Zeytun Bağları", "Bizim Süfrə", "Azərsüd", "Shokki Mokki" və "Bizim Tarla" markaları azarkeşlərə öz məhsullarını təqdim edəcək.
Xatırladaq ki, "Qarabağ" Futbol Klubu 2001-ci ildən "Azərsun Holdinq"in dəstəyi ilə fəaliyyətini davam etdirir. Bu əməkdaşlıq illəri ərzində klub həm ölkə futbolunda, həm də beynəlxalq arenada mühüm nailiyyətlərə imza ataraq Azərbaycan idmanının tarixində xüsusi yer qazanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Qarabağ" - "Tvente" oyunundan əvvəl fan zona təşkil olunacaq
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













