47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi
Far.Az xəbər saytı

47 il sonra Suriyada BİR İLK - Prezident Əhməd Əş-Şaraa ilk özü sınaqdan keçirdi


Suriyada 47 ildən sonra bir ilk yaşanıb. Prezident Əhməd Əş-Şaraa Şamdakı bir restoranda "Visa" kartı ilə ödəniş edərək beynəlxalq maliyyə sisteminə dönüşü elan edib.

Far.Az xəbər verir ki, bu uzun illər davam edən beynəlxalq sanksiyalardan sonra qlobal maliyyə sisteminə yenidən inteqrasiya olunmağa çalışan Suriyada tarixi bir addım hesab edilib.

Bu barədə "Syria TV" məlumat yayıb .

Hadisədən sonra rəsmi açıqlama verən "Visa" şirkəti, Suriya Mərkəzi Bankı, "Fransabank" və "Paymera" ilə tərəfdaşlıq çərçivəsində ölkədə beynəlxalq kart əməliyyatının uğurla sınaqdan keçirildiyini təsdiqləyib.

Bildirilib ki, bu yenilik xarici qonaqların ödəniş prosesini asanlaşdıracaq və Suriyanın qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasını sürətləndirəcək.

Maliyyə sektorundakı bu yenilik ABŞ Maliyyə Nazirliyinin Suriyanı 1979-cu ildən bəri daxil edildiyi "terroru dəstəkləyən dövlətlər" siyahısından çıxarmasından dərhal sonra baş tutub. Vaşinqtonun sanksiyaları yumşaltmaq öhdəliyinin bir hissəsi olan bu qərarla Suriya iqtisadiyyatında yeni dövrün əsası qoyulub.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
FHN şagird və müəllimlərlə təlim keçirdi
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər