UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi
Far.Az xəbər saytı

UEFA Konfrans Liqası: "Tvente" əlavə vaxtda "Qarabağ"ı məyus etdi


UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasında keçirilən qarşılaşmada daha bir qol vurulub.

Far.Az xəbər verir ki,, qonaqlar 94-cü dəqiqədə fərqlənərək hesab arasındakı fərqi artırıblar - 1:3.

"Tvente"nin heyətində Vaut Veqhorst dəqiq zərbə ilə fərqlənib.

***22:04

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab dəyişib.

Far.Az xəbər verir ki,, oyuna əlavə olunmuş ikinci dəqiqədə "Tvente" daha bir qol vuraraq hesabı 1:2 edib.

***21:52

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ" və Niderlandın "Tvente" komandaları arasındakı qarşılaşmada hesab bərabərləşib.

Far.Az xəbər verir ki, qonaqlar 80-ci dəqiqədə fərqlənərək hesabı 1:1-ə çatdırıblar.

***21:31

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşmasında hesab açılıb.

Far.Az xəbər verir ki, Kadi Borges 59-cu dəqiqədə hesabı açır. Ümumi hesab isə 2:0 təmsilçimizin xeyrinədir.

***20:15

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Tvente" qarşılaşması başlayıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş saat 20:15-də start götürüb.

***20:00

Bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Tvente" qarşılaşmasının başlama saatı dəyişdirilib.

Far.Az xəbər verir ki, buna səbəb Bakıda hökm sürən əlverişsiz hava şəraitidir.

Məlumata görə, qarşılaşmanın startı 15 dəqiqə gecikdirilib. Beləliklə, oyun saat 20:15-də başlayacaq.

***18:55

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Tvente" komandalarının start heyətləri açıqlanıb.

Far.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

"Qarabağ": Martin Zlomisiçliç, Mateus Silva, Bədavi Hüseynov (k), Bense Varkonyi, Bruno Lanqa, Samuel Lobato, Marko Yankoviç, Kadi Borges, Aleksey Kaşuk, Jali Muaddib, Musa Qurbanlı;

Baş məşqçi: Qurban Qurbanov.

"Tvente": Lars Unnerştall, Bart van Rooy, Ruud Niystad, Robin Pröpper, Maks Brüns, Ramiz Zerruki, Dauda Veydmann, Dan Rots, Yunes Taha, Sondre Öryaseter, Vut Veqorst;

Baş məşqçi: Con van den Brom.

Oxşar xəbərlər

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
UEFA Konfrans Liqası: "Tvente" "Qarabağ"la oyunda üçüncü qolu vurub - YENİLƏNİB-6
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyununda ikinci hissə başlayıb - YENİLƏNİB-2
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər