İran sanksiyalara cavab olaraq ABŞ-nin iqtisadi maraqlarına zərər verəcəyi barədə xəbərdarlıq edib
Far.Az xəbər saytı

İran sanksiyalara cavab olaraq ABŞ-nin iqtisadi maraqlarına zərər verəcəyi barədə xəbərdarlıq edib


Sanksiya təzyiqləri artsa, İran ABŞ-nin Yaxın Şərqdəki iqtisadi maraqlarına zərər vura bilər.

"Far.Az" xəbər verir ki, belə bir xəbərdarlıqla İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai çıxış edib.

"ABŞ İrana iqtisadi təzyiqi artırarsa, biz Amerikanın regiondakı maraqlarına təsir edəcək əks tədbirlərlə cavab verəcəyik", - o, Livanın "Al Manar" telekanalına müsahibəsində deyib. Bununla belə, M.Rezai söhbətin hansı əks tədbirlərdən getdiyini açıqlamayıb.

M.Rezainin fikrincə, ABŞ-nin Tehrana iqtisadi təzyiqə keçməsi münaqişənin həllinə hərbi yanaşmanın məhdud nəticələr verdiyini göstərir.

"Axıos" portalı avqustun 26-da ABŞ-nin yaxın gələcəkdə İrana yeni zərbələr endirməyi planlaşdırmadığını və Tehrana təzyiq göstərməyin digər vasitələrinə, o cümlədən sanksiyalara diqqət yetirəcəyini bildirib.

ABŞ və İsrail 28 fevralda İranla müharibəyə başlayıblar. İyunda Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını tələb edən anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-ə keçən gecə ABŞ İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ona qarşı genişmiqyaslı hücumları bərpa edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər