Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək
Far.Az xəbər saytı

Mədəniyyət Nazirliyi Azər Aydəmirə daha 200 min manat ödəyəcək


Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmirə məxsus "Aydəmir Entertainment" şirkəti ilə yeni müqavilə bağlayıb.

Far.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, müqavilədə "Çar Skiflər - İşquz Dövləti" tammetrajlı bədii-sənədli filminin post-prodakşn mərhələsində (tamamlanma) 3 hissəli geniş variantının hazırlanması xidmətlərinin və hüquqlarının satın alınması nəzərdə tutulub.

Müqavilənin maliyyə dəyəri 200 600 manat müəyyənləşib.

Xatırladaq ki, ARKA bu ilin əvvəlində də "Çar skiflər: Aşquz dövləti" adlı tammetrajlı bədii-sənədli filmin istehsalı ilə bağlı "Aydəmir Entertainment" şirkəti ilə 657 000 manat dəyərində müqavilə bağlayıb.

Qeyd edək ki, audiovizual sənaye sahəsində fəaliyyət göstərən "Aydəmir Entertainment" şirkəti 2024-cü ilin dekabrın 20-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri və qanuni təmsilçisi tanınmış aktyor, ssenarist və prodüser Azər Aydəmir Rauf oğludur.

Oxşar xəbərlər

Leyla Əliyeva "Hirkan" sənədli filminin təqdimatında iştirak edib
Arzu Əliyeva "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib
Anar Ələkbərov "44" bədii filminin çəkilişlərinin başa çatması barədə paylaşım edib
"Tağıyev: Neft" bədii filminin ABŞ-də təqdimatı baş tutub
"TAĞIYEV: MƏKTƏB" bədii filminin təqdimat mərasimi keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər