Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı
Far.Az xəbər saytı

Nepalda daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatdı


Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 538-ə, yaralananların sayı isə 73-ə çatıb.

Far.Az xəbər verir ki, bu barədə Nepalın Təbii Fəlakətlərlə Mübarizə İdarəsinin məlumatında bildirilib.

*** 09:15

Nepal ilə Çin sərhədində baş verən təbii fəlakətin acı nəticələri ağırlaşmaqda davam edir. Ölkənin şimalında daşqın nəticəsində həlak olanların sayı 469 nəfərə çatıb.

Far.Az xəbər verir ki, bu barədə Nepal polisi məlumat yayıb.

"469 nəfərin meyiti tapılıb, 1 545 nəfər yaralanıb və ya xilas edilib" - deyə qeyd edilib.

Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Xilasedicilər əlverişsiz şəraitə baxmayaraq, dağıntılar altında və sel sularında qalan şəxslərin tapılması üçün işləri aralıqsız davam etdirirlər.

Mütəxəssislər fəlakətin əsas səbəbi kimi dağlıq ərazidəki buzlaq gölünün daşması ehtimalını bildiriblər.

Xatırladaq ki, Nepalın Rasuva rayonunda, ölkənin Çin ilə sərhədi yaxınlığında çayda suyun səviyyəsinin qəflətən qalxması nəticəsində güclü daşqın baş verib.

500 xarici vətəndaş da daxil olmaqla yüzlərlə insan itkin düşüb.

Oxşar xəbərlər

Nepalda daşqın nəticəsində ölənlərin sayı 469 nəfərə çatdı
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Nepalda daşqınlarda ölənlərin sayı iki dəfə artaraq 332-yə yüksəldi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər