Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək
Far.Az xəbər saytı

Özbəkistan Prezidenti: Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək


Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtı bəzəyəcək və yeni Özbəkistanın gücünü nümayiş etdirəcək.

"Report"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 35 illiyinə həsr olunmuş təntənəli mərasimdə bildirib.

Mirziyoyev qeyd edib ki, ölkənin əsas dövlət bayramının Yeni Daşkənddə keçirilməsi onun təntənəsini daha da artırır.

Ötən gün burada Özbəkistanın Yeni Universitetinin, Nizami adına Milli Pedaqoji Universitetinin və Özbəkistan Milli Kitabxanasının binalarının açılışı olub. Prezidentin sözlərinə görə, gələcəkdə bu rayon elm, təhsil və mədəniyyət mərkəzinə çevriləcək.

"Mən əminəm ki, Yeni Daşkənd əsl inkişaf mərkəzinə çevriləcək, paytaxtımızı bəzəyəcək və qurduğumuz yeni Özbəkistanın gücünü nümayiş etdirəcək", - Mirziyoyev deyib.

O həmçinin qeyd edib ki, ölkə sakinləri bu rayonda bir çox sevincli və tarixi hadisələrin şahidi olacaqlar.

Mərasimdə həmçinin, dünyanın ən hündür musiqili fəvvarəsi kimi Ginnesin Rekordlar Kitabına daxil edilmiş musiqili fəvvarənin açılışı planlaşdırılır.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda Zəfər muzeyinin açılışı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər