Türkiyə XİN: Yunanıstanın Egey dənizi ilə bağlı qərarı hüquqi nəticə doğurmayacaq
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanın Egey dənizini də əhatə edən "Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi" ilə bağlı açıqlama yayıb.
"Far.Az"un məlumatına görə, Türkiyə XİN-in sözçüsü Öncü Keçəli "X" hesabında etdiyi paylaşımda bildirilib ki, avqustun 28-də Yunanıstan tərəfindən elan edilən çərçivə sənədi Türkiyə üçün heç bir hüquqi nəticə doğurmayacaq.
"Yunanıstan tərəfindən bu gün Egey dənizini də əhatə edəcək şəkildə elan edilən Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi, aidiyyəti beynəlxalq müqavilələrlə Yunanıstana verilməmiş coğrafi formasiya və ərazilər də daxil olmaqla, iki ölkə arasındakı bir-biri ilə əlaqəli Egey problemləri kontekstində ölkəmiz üçün heç bir hüquqi nəticə doğurmayacaq", - açıqlamada qeyd olunub.
Türkiyə XİN sözçüsü vurğulayıb ki, Ankara 7 dekabr 2023-cü il tarixli Dostluq Münasibətləri və Yaxşı Qonşuluq haqqında Afina Bəyannaməsinə uyğun yanaşmanın tətbiq edilməsinin tərəfdarı olaraq qalır.
"Türkiyə olaraq bu mövqeyimizi qoruduğumuzu və Egey dənizinin iki sahilyanı dövlətindən biri kimi Yunanıstanla əməkdaşlığa hər zaman hazır olduğumuzu bir daha vurğulayırıq", - açıqlamada bildirilib.
Qeyd edək ki, Yunanıstanın bu gün elan etdiyi "Sənaye və Təchizat Zənciri üzrə Xüsusi Məkan Çərçivəsi" sənaye və logistika sektorunun müasirləşdirilməsi, yaşıl texnologiyaların və strateji investisiyaların dəstəklənməsi, həmçinin sənaye və logistika fəaliyyətləri üçün xüsusi zonaların müəyyənləşdirilməsini nəzərdə tutur. Sənəddə sahil və dəniz əraziləri də daxil olmaqla sənaye və təchizat zəncirinin yerləşdirilməsi üçün məkanların müəyyənləşdirilməsi planlaşdırılır.
Yunanıstanın bu qərarında sahil və dəniz ərazilərini planlaşdırmaya daxil etməsi, xüsusilə Egey dənizindəki statusu mübahisəli olan ərazilərə görə Türkiyənin kəskin etirazına səbəb olub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Burger King" Bakıdan kənarda ilk restoranını Sumqayıtda açdı!
-
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti mərhələyə yüksəlib
-
Serbiyanın kəşfiyyat xidmətinin direktor müavini vəzifəsindən azad edilib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan daxil olmaqla, 50 ölkənin lideri Dublində EPC sammitində bir araya gələcək
-
Qazaxıstan COP31-də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.













