Japarov Qırğızıstanda sabitliyi pozmağa cəhd edənləri sərt cəzalandırımağa çağırıb
Xarici qüvvələrin təsiri altında ölkədə vəziyyəti qeyri-sabitləşdirməyə çalışan şəxslər sərt şəkildə cəzalandırılacaqlar.
"Far.Az" Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov avqustun 29-da Bişkekdə ŞƏT dövlət başçıları sammiti və VI Ümumdünya Köçəri Oyunlarının təhlükəsizliyinin təmin olunmasına cəlb edilmiş güc strukturlarına baxış zamanı bildirib.
"Biz müxtəlif dağıdıcı xarici qüvvələrin təxribatlarına uyaraq və onlardan mükafat alaraq aramızda fəaliyyət göstərən, qisasa çağıran və cəmiyyətdəki sabitliyi pozmağa çalışan o azsaylı xalq düşmənlərini sərt şəkildə cəzalandıracağıq. Belə insanlara aman verilməyəcək!" - Japarov bildirib.
O vurğulayıb ki, təhlükəsizliyin etibarlı şəkildə təmin edilməsi ölkədə sabitliyin və inkişafın ən mühüm şərtidir, həmçinin güc strukturlarının əməkdaşlarını yüksək peşəkarlığa, məsuliyyətə və xalqa vicdanla xidmət etməyə çağırıb.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Çoxvektorlu xarici siyasətin uğuru - ŞƏT-Azərbaycan strateji tərəfdaşlığı
Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirilib - YENİLƏNİB
SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Usman Nurmaqomedov Əbu-Dabidə Merab Dvalişviliyə hücum etdi, cəza gözlənilir
-
Türk İnvestisiya Fondu Türkiyədə ilk maliyyələşdirməni həyata keçirib
-
Azərbaycan qeyri-neft-qaz ixracını 21 %-ə yaxın artırıb
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Mbappe Fransa millisinin oyununu buraxacaq - Zidandan açıqlama
-
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı













