Azərbaycanda əmlak sığortası bazarı 24 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əmlak sığortası üzrə 179,28 milyon manat sığorta haqqı toplanılıb.
"Far.Az" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 23,8 % çoxdur.
Hesabat dövründə əmlak sığortası üzrə ödənişlərin məbləği 27,464 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,9 % çoxdur.
7 ayda əmlak sığortası üzrə toplanmış hər 100 manat sığorta haqqının 15,3 manatı ödəniş edilib. Bu göstərici 1 il bundan əvvəl 17 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanın maliyyə sektoru 2024-cü ildə - İCMAL
Azərbaycanda könüllü sığorta bazarı 15 % böyüyüb
Azərbaycanda əmlak sığortası bazarı 17 %-ə yaxın böyüyüb
Azərbaycanda əmlak sığortası bazarı 25 %-ə yaxın böyüyüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...













