Gənc oğlan ona siqaret verməyən şəxsi döydü, həbs olundu
Lənkəranda gənc oğlan küçədə tanımadığı şəxsi döyüb.
Far.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Molla Pənah Vaqif küçəsində qeydə alınıb.
21 yaşlı Musa Nəzərov (şərti adla - red.) küçədə Ceyhundan siqaret istəyib. Ceyhun siqareti olmadığını desə də, Musa təkrar yenə onda siqaret olub-olmadığını soruşub. Bu zaman Ceyhun "Sənə dedim axı yoxdur, məni ələ salmısan ya özünü?" deyə cavab verib. Belə cavabdan sonra tərəflər bir-birini söyüblər. Nəticədə Musa yumruqla Ceyhunu vurub. Ceyhun yerə yıxılandan sonra isə təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq, xəsarətlər yetirib.
Zərərçəkənin şikayəti əsasında Musa Nəzərov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində cinayət işi açılıb.
M.Nəzərov ifadəsində əməlindən peşman olduğunu deyib. Zərərçəkən Ceyhun isə Musanı bağışlamadığını bildirərək, onun həbs olunmasını istəyib.
Məhkəmənin qərarı ilə M.Nəzərov 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
Lənkəranda qandonduran HADİSƏ – Ana isti qaşıqla 3 yaşlı qızının qolunu DAĞLADI
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SEPAH Trampın Hörmüz boğazı ilə bağlı bəyanatını təkzib edib
-
Konqoda Ebola epidemiyası: İlk vaksinasiya kampaniyasına başlanıldı
-
Sitalçayda qatar minik avtomobili ilə toqquşdu
-
ABŞ tarixində ən böyük pivə oğurluğu baş verib
-
Əraqçi: ABŞ və İsrail İranı parçalamaq istəyirdi
-
Bakıda və Abşeronda təmirlə bağlı 21 marşrutun hərəkət sxemi dəyişdirilib













