Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılır
Rusiya vətəndaşlığını yeni qəbul edən şəxslər üçün silah alınması məhdudlaşdırılacaq.
Far.Az-nın Moskva bürosu xəbər verir ki, “Ədalətli Rusiya - Həqiqət naminə” fraksiyasının bir qrup deputatı Rusiya vətəndaşlığını yeni almış şəxslər üçün silah alışına müvəqqəti məhdudiyyətlər tətbiq etməyi təklif edən qanun layihəsini Dövlət Dumasına təqdim edib.
Sənəd Dumanın məlumat bazasında yerləşdirilib.
Qanunun müəllifləri qeyd ediblər ki, hazırda əcnəbilər Rusiya vətəndaşlığını aldıqdan dərhal sonra odlu silah əldə etmək üçün müvafiq icazəni və silahı alırlar. Eyni zamanda, çox vaxt bu şəxslər yaşadıqları və ya olduğu yer üzrə hərbi qeydiyyata düşmürlər.
Deputatlar tərəfindən “Silah haqqında” qanuna zəruri dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, 10 ildən az müddətdə Rusiya vətəndaşlığı olan şəxslərin mülki odlu silahlar, ov silahları və özünümüdafiə odlu silahları əldə etməsinə qadağa qoyulması təklif edilir.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
MSK informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara start verib
Moskva yaxınlığında 43 yaşlı azərbaycanlı iş adamı öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sabahdan Novxanı-Pirşağı istiqamətində kanalizasiya kollektorunun tikintisinə başlanılır
-
Qaradağda məktəb direktorunun avtomobilini yandırmaqda təqsirləndirilən şəxs həbs edilib
-
Məsim Məmmədov: "Laçın rayonundan olan 980 ailə doğma torpaqlarına qayıdıb"
-
Abşeronda toyuq əti emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
-
Marta Kos: Albaniya islahat tempini qorusa, 2030-cu ilədək Aİ-yə qoşula bilər
-
Azərbaycan neftinin qiyməti 128 dollardan aşağı düşüb













