Azərbaycanda bu pulu 250 manata alırlar
Vaxtilə Azərbaycanın ən böyük nominallarından biri hesab olunan 50 min manatlıq əskinas bu gün də kolleksiyaçılar arasında maraq doğurur.
Trend xəbər verir ki, bu barədə numizmat Fərhad Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 50 min manatlıq əskinas 1996-cı ildə dövriyyəyə buraxılıb və 2006-cı ilədək istifadə olunub. Əskinasın eni 32, uzunluğu isə 66 millimetr təşkil edib.
Əskinas 1995-ci ildə Milli Bankın sifarişi ilə İngiltərənin "De La Rue" şirkəti tərəfindən hazırlanıb. Yaşıl rəngdə olan pulun ön hissəsində Naxçıvanın məşhur memarlıq abidələrindən olan Möminə Xatun türbəsi təsvir edilib. Arxa hissədə isə milli ornamentlərlə bəzədilmiş çərçivə və nominalın rəqəm və yazı ilə ifadəsi yer alıb.
Maraqlı məqamlardan biri də odur ki, Azərbaycan əskinaslarında seriya nömrələrinin iki müxtəlif rəngdə - solda qırmızı, sağda isə qara rəngdə göstərilməsi ilk dəfə bu əskinasda tətbiq olunub.
Bəs vaxtilə 50 min manat olan bu əskinas indi neçə manat edir?
Məlumata görə, əskinasın kolleksiya bazarındakı qiyməti onun vəziyyətindən və seriyasından asılı olaraq dəyişir.
Dövriyyədə olmuş, orta və yaxşı vəziyyətdə saxlanılan nümunələr təxminən 15-20 manata satılır.
Dövriyyəyə buraxılmamış və əla vəziyyətdə olan əskinasların qiyməti isə 140-160 manat arasında dəyişə bilər. AA, AC və BA prefiksli, eləcə də qeyri-adi seriya nömrələrinə malik nümunələr daha yüksək qiymətə alınıb-satıla bilər.
Xarici hərraclarda isə bu məbləğ daha da yüksələ bilir. Belə ki, dövriyyəyə buraxılmamış 1995-ci il nümunələrindən biri iyunun 21-də "eBay" hərracında 149 dollara, yəni təxminən 253 manata satılıb.
Beləliklə, vaxtilə gündəlik alış-verişdə istifadə olunan 50 min manatlıq köhnə əskinas bu gün vəziyyətindən və seriyasından asılı olaraq kolleksiyaçılar üçün yüzlərlə manat dəyərində ola bilər.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
-
BANM-də bütün ixtisaslar üzrə dövlət sifarişli yerlərə keçid balı 600-dən yüksək olub
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsü tənqid edildi
-
Bakı ikinci dəfə "Art Weekend 2026" festivalına ev sahibliyi edəcək
-
Ətrafı tullantılarla çirkləndirən "Ford" sürücüsünə ETSN-dən REAKSİYA
-
Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var













