Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb
Ukraynanın Kiyev vilayətinin Buça rayonunda Rusiya ordusunun həyata keçirdiyi hücumun nəticələrinin aradan qaldırılması davam edir.
Far.Az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, hücum nəticəsində 38 nəfər həyatını itirib, o cümlədən iki uşağın olduğu 20 nəfər yaralanıb. Daha 4 nəfərin taleyi isə məlum deyil.
Zelenski bildirib ki, xilasedicilər ərazidə yanğınları söndürür, partlayış təhlükəsi yaradan predmetləri aşkarlayaraq zərərsizləşdirirlər. Onun sözlərinə görə, ərazidəki dağıntı və çirklənmənin miqyası böyükdür.
Ukrayna lideri həmçinin qeyd edib ki, yalnız bu həftə ərzində Rusiya Ukraynaya təxminən 2 000 hücum dronu, 1 600-dən çox hava bombası və 31 raket atıb.
Zelenski əlavə edib ki, Ukrayna ordusu Rusiyanın ölkəyə endirdiyi zərbələrə cavab verməkdə davam edəcək.
Oxşar xəbərlər
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













