Ran Kojuk: "Sabah"la oyun asan olmadı
Far.Az xəbər saytı

Ran Kojuk: "Sabah"la oyun asan olmadı


"Sabah"la oyun asan olmadı".

"Report"un məlumatına görə, bunu İsrailin "Hapoel" (Beer-Şeva) komandasının baş məşqçisi Ran Kojuk mətbuat konfransında deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah"la cavab matçı (2:5) haqda danışıb:

"Mövcud mərhələyə qədər gəlməyiniz uğurdur. Çətin yol olsa da, kifayət qədər təcrübəli futbolçularımız var. Birlikdə daha yaxşı nəticələr göstərə bilərik. Bugünkü oyun isə asan olmadı. Hər oyunun çətinlikləri olur, bu da özünü göstərdi. Oyuna ciddi hazırlaşmışdıq. Bunları davam etdirmək növbəti görüşlərə daha yaxşı hazırlaşmaq lazımdır. Futbolçularımız kifayət qədər yaxşı oyun göstərdilər".

Mütəxəssis daha yaxşı nəticələr əldə etmək üçün çalışmalı olduqlarını vurğulayıb: "Daha yaxşı nəticələr barədə düşünməliyik ki, hər şey qaydasında olsun. Situasiyaya uyğun davranmağa çalışacağıq və bunu mütləq hesab edirik".

Qeyd edək ki, tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oxşar xəbərlər

Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər