Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib
Şimali Kipr Türk Respublikasının Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması ilə bağlı araşdırma çərçivəsində kapitan həbs edilib.
BAKU.WS xəbər verir ki, hadisədən sonra kapitanla yanaşı, gəminin 7 əməkdaşı da saxlanılıb. Araşdırmaların ardından kapitan barəsində həbs qərarı çıxarılıb və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Məlumata görə, "Filo Jet" adlı sərnişin gəmisi avqustun 30-da Girnə limanından Mersinin Taşucu limanına yola düşüb. Limandan ayrıldıqdan qısa müddət sonra gəmi su almağa başlayıb və çox keçmədən çevrilərək dənizin dibinə oturub.
Gəmidə 259 sərnişin və 8 heyət üzvü olmaqla, ümumilikdə 267 nəfər olub. Kapitanın kömək çağırışından sonra əraziyə Sahil Mühafizəsi və axtarış-xilasetmə qrupları göndərilib.
Son məlumatlara görə, hadisə nəticəsində 8 nəfər həyatını itirib, yüzlərlə insan xilas edilib. İtkin düşən şəxslərin axtarışı davam etdirilir.
Bəzi sərnişinlər hadisədən sonra çəkdikləri videolarda kapitanın yüksək sürətlə hərəkət etdiyini iddia ediblər. Digər sərnişinlər isə gəmidə problem olduğunu hiss etdiklərini və kapitana geri qayıtmağı söylədiklərini, lakin onun bunu etmədiyini bildiriblər. Bu iddiaların da araşdırma çərçivəsində yoxlanıldığı qeyd olunur.
Digər 7 ekipaj üzvünün hüquqi statusu ilə bağlı proses davam edir.
Gəminin hansı səbəbdən su aldığı və qısa müddət ərzində çevrildiyi hələlik müəyyən edilməyib. Şimali Kiprin Bayındırlıq və Nəqliyyat naziri Erhan Arıklı hadisə günü dəniz və hava şəraitinin səfər üçün uyğun olduğunu bildirib. O, qəzanın dəqiq səbəbinin istintaq nəticəsində müəyyənləşəcəyini qeyd edib.
Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Nazirlər Kabineti faciədəki insan tələfatı ilə əlaqədar avqustun 31-dən sentyabrın 2-dək ölkədə üç günlük milli matəm elan edib.
Oxşar xəbərlər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Şimali Kiprdə batan gəminin 19 sərnişinin axtarışları davam edir - YENİLƏNİB-5
Amnistiya aktı məntəqə tipli cəzaçəkmə müəssisəsində icra olunub
Şimali Kiprdə gəminin batması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB-4
FHN cəzaçəkmə müəsisəsində təlim keçirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepal və Çində daşqınlar nəticəsində ölənlərin sayı 760 nəfəri keçib – YENİLƏNİB
-
"Çelsi" Argentina millisinin qapıçısı Emiliano Martinesin transferini açıqlayıb
-
617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır"
-
Mehin Mirzəbalayeva "Euro Mini Champs" yarışında finala yüksəlib
-
"Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"a transfer olunub
-
Zakir Həsənov Türkiyədə işgüzar səfərdədir













