Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin nümayəndələri Ağdamda minatəmizləmə fəaliyyəti ilə tanış olublar
Keniyanın Nayrobi şəhərində yerləşən Beynəlxalq Sülhə Dəstək Təlim Mərkəzinin (IPSTC) Direktoru Çarlz Lenjo Mvaziqenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.
Qeyd edilib ki, nümayəndə heyəti ANAMA-nın Göygöl Təlim Mərkəzinə və işğaldan azad edilmiş Ağdam rayonuna baş çəkib.
Regional və beynəlxalq əməkdaşlığa geniş yer verən IPSTC dövlətlərarası tərəfdaşlıqlar çərçivəsində yeni təlim proqramlarının yaradılması, birgə layihələrin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqinə önəm verir.
Səfərin əsas məqsədi Azərbaycanın mina təhlükəsi ilə mübarizə sahəsində əldə etdiyi təcrübə, təlim imkanları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları ilə tanış olmaq, həmçinin qarşılıqlı təcrübə mübadiləsini genişləndirmək olub.
Nümayəndə heyəti ilk olaraq ANAMA-nın Göygöl Təlim Mərkəzini ziyarət edib. Burada qonaqlara minatəmizləmə üzrə kadr hazırlığı, təlim proqramları, təlim infrastrukturu və mütəxəssislərin peşəkar hazırlığının təşkili barədə məlumat verilib.
Səfər çərçivəsində nümayəndə heyəti Ağdam rayonunda aparılan minatəmizləmə fəaliyyəti ilə də tanış olub. Qonaqlara Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mövcud olan mina problemi, mina və digər partlayıcı sursatların törətdiyi fəsadlar, eləcə də bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat təqdim olunub.
IPSTC-nin sahə üzrə çoxşaxəli fəaliyyət istiqamətlərini, təlim imkanlarını, innovativ və müasir yanaşmalarını nəzərə alaraq, ANAMA və IPSTC arasında qarşılıqlı faydalı təcrübə mübadiləsi hər iki qurumun fəaliyyətinə müsbət töhfə verəcəkdir.
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ağdam sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













