İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib
Far.Az xəbər saytı

İşıqlar içində tarix: Daşkənddə möhtəşəm 3D-meppinq şou keçirilib


Daşkənddə İslam Sivilizasiyası Mərkəzinin yaxınlığında 3D formatında genişmiqyaslı meppinq şou, səhnə çıxışları və konsert proqramının da daxil olduğu mədəni tədbir keçirilib.

"Far.Az"un Daşkəndə ezam olunan əməkdaşı xəbər verir ki, İslam Sivilizasiyası Mərkəzinin fasadı nəhəng multimedia ekranına çevrilib.

İşıq, animasiya və müasir vizual texnologiyaların köməyi ilə tamaşaçılara Özbəkistanın tarixi, memarlığı, incəsənəti və mədəni irsi haqqında məlumat verilib.

Layihənin müəlliflərindən biri Rusiyanın "Sila sveta" şirkəti olub. Onun təsisçisi Aleksandr Us qeyd edib ki, şou üzərində işlər təxminən bir il davam edib.

"Bir il ərzində komandamız regionları gəzərək tarixi, memarlığı, incəsənəti və adət-ənənələri öyrənib. Qonaqpərvərlik sayəsində biz bu ölkəyə həqiqətən aşiq olduq və əminəm ki, siz bizim şoumuzda bu sevgini hiss edəcəksiniz", - o bildirib.

Usun sözlərinə görə, layihənin yaradılmasında yalnız rusiyalı mütəxəssislər deyil, həm də Özbəkistanın yaradıcılıq sənayesinin nümayəndələri - ssenaristlər, rejissorlar, rəssam-animatorlar və digər peşəkarlar iştirak ediblər.

Özbəkistan İslam Sivilizasiyası Mərkəzinin direktoru Firdavs Fridunoviç Abduxalikov da görülən işlərə görə yaradıcı heyətə təşəkkürünü bildirib və təqdim olunan layihənin genişmiqyaslı olduğunu qeyd edib.

Möhtəşəm şou mədəni proqramın ən parlaq anlarından birinə çevrilib. Musiqi, işıq effektləri və dinamik vizual görüntülər Mərkəzin fasadında Özbəkistanın tarixi və mədəniyyətinə səyahət hissi yaradıb.

Şounu beynəlxalq mediaforumun qonaqları, mədəniyyət və media sahəsinin nümayəndələri, o cümlədən azərbaycanlı jurnalistlər izləyiblər.

Tədbir konsert proqramı və səhnə çıxışları ilə başa çatıb.

Oxşar xəbərlər

Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Türk Sivilizasiyası Mərkəzinin təməlqoyma mərasimində iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər