Avropa MTG-I2 meteoroloji peykini "Ariane 6" raketi ilə kosmosa göndərib
Avropanın MTG-I2 meteoroloji peykini daşıyan "Ariane 6" raketi Fransa Qvianasındakı Kuru kosmodromundan kosmosa qalxıb.
Bu barədə "Far.Az" Avropa Kosmik Agentliyinə istinadən xəbər verir.
Agentlik qeyd edib ki, buraxılış yerli vaxtla saat 17:11-də (Bakı vaxtı ilə saat 19:11) baş tutub. "Ariane 6" raketinin doqquzuncu uçuşu bu tip raketin 2024-cü ilin iyulunda istismarından bəri ən uzun uçuş olub. Peyk geostasionar transfer orbitinə yerləşdiriləcək.
MTG-I2 ayrıldıqdan sonra öz mühərriklərinin köməyi ilə təxminən 36 min km. yüksəklikdə geostasionar orbitə çatacaq. Aparat oradan Avropa və Şimali Afrikanı daim müşahidə edə biləcək.
Peyk atmosferi izləmək və meteoroloji məlumatların dəqiqliyini artırmaq üçün nəzərdə tutulub. Xüsusilə, ildırım çaxması da daxil olmaqla sürətlə inkişaf edən hava hadisələrini izləməyə və kosmosdan ildırımın davamlı qeydini aparmağa imkan verəcək.
"Ariane 6", 1996-cı ildən 2023-cü ilə qədər Kurudan buraxılan "Ariane 5"i əvəz edən yeni nəsil Avropa raket daşıyıcısıdır. Raket iki versiyada mövcuddur: iki bərk yanacaq gücləndiricisi olan "Ariane 62" və dörd versiyalı "Ariane 64". "Ariane 6"nın ilk buraxılışı 9 iyul 2024-cü ildə baş tutub.
Oxşar xəbərlər
Baku TV-nin "Rəqəmsal Media Məktəbi"ndə doqquzuncu qrup məzunlarına sertifikatlar təqdim olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
UEFA Konfrans Liqası: "Qarabağ" - "Tvente" oyunu 15 dəqiqə gec başlayıb
-
Cənubi Koreya insanabənzər robotların inkişaf etdirilməsinə 1,66 milyard dollar xərcləyəcək
-
Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir
-
Azərbaycanda bu şəxslər vergi və gömrük rüsumundan azaddır - 2033-cü ilədək...
-
Bitkoinin qiyməti 2029-cu ilin sonunadək 300 min dollara çata bilər
-
Pezeşkian İƏT ölkələrini iqtisadi əməkdaşlığı gücləndirməyə çağırıb













