Trampın dəyişdirdiyi ad Kanadanın dövlət qurumlarının xəritələrində də yer alıb
Kanadanın Ontario əyalətinin dövlət qurumları xəritələrində Ontario gölünü "Amerika gölü" adı ilə göstərməyə başlayıblar.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, yeni ad Toronto ictimai nəqliyyatına cavabdeh olan "Metrolinx" agentliyinin, alkoqol məhsullarının satışına nəzarət edən LCBO-nun rəsmi saytlarında, eləcə də "Hydro One" regional elektrik şəbəkəsi operatorunun xəritələrində qeydə alınıb.
Ontario əyaləti hökumətinin nümayəndəsi "X" sosial şəbəkəsində vəziyyəti dövlət təşkilatlarının xəritə məlumatlarını birbaşa "Google" şirkətindən alması ilə izah edib. O bildirib ki, hazırda bütün dövlət qurumlarının saytları yoxlanılır ki, xəritələrdə "düzgün ad" istifadə olunsun.
Daha əvvəl "Google" "Amerika gölü" adının yalnız ABŞ-dəki istifadəçilər üçün göstəriləcəyini bildirmişdi. Kanada sakinləri üçün əvvəlki adın saxlanılması, digər ölkələrdə isə hər iki variantın göstərilməsi nəzərdə tutulurdu.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 27-də "TikTok"da paylaşdığı videoda Ontario gölünün adını şəxsən "Amerika gölü" olaraq dəyişdirdiyini nümayiş etdirmişdi. Kanada hökuməti isə bu addımı tanımadığını və gölün əvvəlki adını qoruyacağını açıqlamışdı.
Oxşar xəbərlər
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb













