Lamin Yamal Raul Qonsales və Fernando Torresin rekordunu yeniləyib
Far.Az xəbər saytı

Lamin Yamal Raul Qonsales və Fernando Torresin rekordunu yeniləyib


İspaniya çempionatının III turunda evdə "Rayo Valyekano"ya iki qol vuran "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal "Real"ın sabiq futbolçusu Raul Qonsales və "Atletiko"nun keçmiş forvardı Fernando Torresin rekordunu yeniləyib.

"Report" "MisterChip" statistika resursuna istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin heyətində bütün turnirlərdə 50 qol həddini keçən ən gənc futbolçu olub.

Bu göstəriciyə 19 yaş 49 günlüyündə çatan Yamal R.Qonsalesin (19 yaş 249 gün) və F.Torresin (20 yaş 221 gün) göstəricilərini geridə qoyub.

Qeyd edək ki, L.Yamal 2025/2026 mövsümündə "Barselona"nın heyətində keçirdiyi 45 matçda 24 qol vurub və 14 məhsuldar ötürmə edib.

Oxşar xəbərlər

Lamin Yamal 19 yaşını belə qeyd etdi
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
Hərbi xidməti başa vuran sərhədçi əsgərlər evlərinə yola salınıb
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"Zirə" UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununda qələbə qazanıb - YENİLƏNİB-7

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər