SEPAH daha bir ABŞ MQM-170 dronunu ələ keçirdiyini bildirib
Far.Az xəbər saytı

SEPAH daha bir ABŞ MQM-170 dronunu ələ keçirdiyini bildirib


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında, Keşm adası üzərində daha bir ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatını ələ keçirdiyini açıqlayıb.

"Report" xəbər verir ki, hərbçilərin bəyanatını İranın dövlət teleradio şirkəti IRIB yayıb.

"ABŞ-yə məxsus MQM-170 kəşfiyyat pilotsuz uçuş aparatı SEPAH-ın Aerokosmik Qüvvələrinin qabaqcıl radioelektron mübarizə sistemlərinin köməyi ilə Keşm adası üzərində vurulub. Beləliklə, aparat artıq ikinci dəfə SEPAH-ın elit bölmələrinin əlinə qənimət kimi keçib", – məlumatda bildirilib.

Cümə axşamı SEPAH Hörmüz boğazının qərb hissəsində ABŞ-yə məxsus MQM-170 pilotsuz uçuş aparatının idarəetməsini ələ keçirdiyini bildirmişdi.

Həmin vaxt ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu məlumatı yalan adlandırmışdı.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı - SİYAHI
Sumqayıt şəhərini Saray körpüsü ilə birləşdirən yolla bağlı son vəziyyət

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər