"E-müqavilə" altsistemində "Təhvil-təslim aktının yaradılması" funksiyası istifadəyə verilib
Maliyyə Nazirliyi dövlət maliyyəsinin idarə edilməsində rəqəmsal yanaşmanın daha da genişləndirilməsi, şəffaflığın artırılması və vahid informasiya mühitinin inkişaf etdirilməsi məqsədi ilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin tərkib hissəsi olan "e-müqavilə" altsisteminin funksional imkanlarını daha da artırıb.
"Report" nazirliyə istinadən xəbər verir ki, bu gündən "e-müqavilə" altsistemində dövlət satınalmaları üzrə bağlanılmış müqavilələrin icrasını təsdiq edən "Təhvil-təslim aktının yaradılması" funksiyası istifadəyə verilib.
Bu yeni funksionallıqla dövlət satınalmalarında satınalan və təchizatçı təşkilatlar arasında təhvil-təslim prosesinin bütün mərhələləri, o cümlədən təhvil-təslim aktlarının yaradılması, imzalanması və statusunun izlənilməsi rəqəmsal mühitdə daha çevik həyata keçiriləcək.
Yeni modulun tətbiqi kağız sənəd dövriyyəsinin azaldılmasına, proseslərin sürətləndirilməsinə, məlumat mübadiləsinin operativliyinin artırılmasına və müqavilələrin icrasına nəzarətin daha səmərəli təşkil edilməsinə imkan verəcək. Bununla da satınalma müqaviləsinin bağlanmasından icrasının rəsmiləşdirilməsinə qədər olan prosesin daha bir mühüm mərhələsi vahid rəqəmsal mühitə inteqrasiya olunub.
"E-müqavilə" altsistemi "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir. Bu il aprelin 10-dan istifadəyə verilmiş altsistemdə bu günədək ümumi dəyəri 2 milyard manatdan çox olan 5 500-dən çox müqavilə elektron formada imzalanıb.
Oxşar xəbərlər
"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Cinayət və İnzibati Xətalar Məcəllələrində satınalmalara dair dəyişikliklər qüvvəyə minib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nepaldakı daşqınlarda bu yaşıl ev dağılmadı
-
Tarix boyu güclü zəlzələlər olub: Bəs indi Azərbaycanda təhlükə varmı? - RƏSMİ
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
İqtisadi durğunluq və inflyasiyanın artması Fransanı tənəzzülə aparır













