Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB
Far.Az xəbər saytı

Gürcüstan və Türkiyə DİN-ləri cinayətkarlığa qarşı birgə mübarizəni müzakirə ediblər - YENİLƏNİB


Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili Tbilisidə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilə görüşüb.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, tərəflər iki ölkənin Daxili İşlər nazirlikləri (DİN) arasında əməkdaşlığın daha da dərinləşdirilməsi və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin gücləndirilməsi məsələlərini müzakirə ediblər.

S.Tamazaşvili türkiyəli həmkarını Gürcüstan Daxili İşlər Nazirliyində qəbul edib. Daha sonra nazirlər geniş tərkibdə görüş keçiriblər. Görüşdə Gürcüstan daxili işlər nazirinin birinci müavini Roni Mesxi, nazir müavini Aleksandre Daraxvelidze və nazirliyin müxtəlif departamentlərinin rəhbərləri iştirak ediblər.

Tərəflər mövcud əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb və bu istiqamətdə birgə fəaliyyətin inkişaf etdirilməsinə hazır olduqlarını bildiriblər.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvilinin dəvəti ilə rəsmi səfər üçün Tbilisiyə gəlib.

"Far.Az"un Gürcüstan bürosu xəbər verir ki, türkiyəli nazir və onun rəhbərlik etdiyi nümayəndə heyətini Tbilisi Beynəlxalq Hava Limanında Gürcüstanın daxili işlər naziri Sulxan Tamazaşvili qarşılayıb.

Səfər çərçivəsində Gürcüstan və Türkiyənin daxili işlər nazirlərinin geniş tərkibdə görüşü keçiriləcək.

Görüş zamanı iki ölkənin Daxili İşlər nazirliklərinin Polis Akademiyaları arasında əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması da planlaşdırılır.

Görüşün yekununda nazirlər birgə bəyanatlarla çıxış edəcəklər.

Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Oxşar xəbərlər

İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyevin Ciorcia Meloni ilə geniş tərkibdə görüşü olub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər