ADY: Təhlükəsizliyə "ağıllı qatar"la nəzarət edilir
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) infrastrukturun təhlükəsizliyi üçün xətlərin texniki vəziyyəti diaqnostika qatarı ilə mütəmadi yoxlanılır.
Bu barədə "Far.Az"a səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, müasir diaqnostika sistemləri ilə təchiz edilmiş qatar vasitəsilə relslər arasındakı məsafə, relslərin səviyyəsi, şpalların və bərkidicilərin vəziyyəti yoxlanılır. Elektrikləşmiş xətlərdə isə kontakt şəbəkəsinin texniki vəziyyəti də xüsusi avadanlıqlar vasitəsilə nəzarətdə saxlanılır.
ADY-nin müasir texnologiyalarla, o cümlədən ultrasəs aşkarlama sistemi ilə təchiz edilmiş xüsusi diaqnostika qatarı vasitəsilə dəmiryol infrastrukturuna ayda iki dəfə kompleks baxış keçirilir.
Aparılan yoxlamalar zamanı hər hansı uyğunsuzluq və ya qüsur müəyyən edildikdə, onun dəqiq yeri barədə aidiyyəti sahə mütəxəssislərinə məlumat verilir. Bundan sonra həmin əraziyə baxış keçirilir və müəyyən edilmiş problemin xarakterindən asılı olaraq müvafiq tədbirlər görülür.
Belə tədbirlərə relslərin dəyişdirilməsi, dəmir yolu xəttinin həndəsi parametrlərinin bərpası, ballast qatının yenilənməsi və digər texniki işlər daxildir.
Diaqnostika qatarının fəaliyyəti dəmir yolu infrastrukturunda mümkün nasazlıqların erkən mərhələdə aşkarlanmasına, onların operativ şəkildə aradan qaldırılmasına və qatarların təhlükəsiz hərəkətinin təmin edilməsinə xidmət edir.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ermənistana Rusiya taxılı daşıyan yük qatarı Xırdalan Dəmiryol Stansiyasından yola düşür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













