Baku TV-dən 4 milyardlıq rekord!
"Global Media Group"a daxil olan "Baku TV" YouTube platformasında növbəti böyük rekorda imza ataraq Azərbaycanda fəaliyyət göstərən televiziya kanalları arasında liderliyini qoruyur.
Beynəlxalq analitik platforma "SocialBlade"in göstəricilərinə əsasən, Azərbaycan və rus dilli kanalların fəaliyyətə başladığı gündən bu günədək topladığı ümumi baxış sayı 4 milyardlıq tarixi həddi aşaraq 4,031,131,815-ə çatıb. Belə ki, baxış göstəricilərinin dil bölmələri üzrə paylanmasında "Baku TV" (Azərbaycan dili) 2,290,467,778 baxış, "Baku TV RU" (Rus dili) isə 1,740,664,037 baxış toplayıb. Eyni zamanda, "Baku TV"nin YouTube üzrə ümumi abunəçi auditoriyası 3,3 milyon nəfəri geridə qoyub.
"Baku TV" operativ xəbər istehsalı, eksklüziv analitik materiallar, müsahibələr və xüsusi reportajları ilə geniş tamaşaçı auditoriyasının sevimlisinə çevrilib. Rəqəmsal platformalarla yanaşı, kanalın yayımlarını bütün yerli provayderlər və "Azərspace" peyki vasitəsilə Avropa və Asiyada izləmək mümkündür..
https://socialblade.com/youtube/lists/top/50/views/news/AZ
Baku TV haqqında:
"Baku TV" 2018-ci ildən Azərbaycanda fəaliyyət göstərən aparıcı televiziya kanalıdır. Kanal Azərbaycan və dünyada baş verən aktual xəbərləri, analitik və müəllif proqramlarını, canlı yayımları müxtəlif dillərdə izləyicilərə çatdırır.
"Baku TV" haqqında daha ətraflı məlumat əldə etmək üçün www.baku.tv veb-saytına və kanalın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook | Instagram | YouTube | TikTok) müraciət edə bilərsiniz.
Oxşar xəbərlər
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Global Media Group şahmat turniri təşkil etdi
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Hikmət Babaoğlu: "Söhbət artıq razılaşmalardan deyil, onların icrasından gedir"
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
UKMTO: Oman sahillərində gəmiyə hücum edilib













