İRİA sədri: "Plug and Play"in Azərbaycandakı iştirakını genişləndirmək müzakirə edilir"
"Plug and Play"in Azərbaycandakı mövcudluğunu genişləndirmək məsələsi müzakirə edilir.
"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "Plug and Play × IDDA – Industry Challenges" adlı təbirdə bildirib.
"Plug and Play" ilə birlikdə biz "Go" proqramını həyata keçiririk və bu ilin əvvəlində 6 yerli startapı Silikon Vadisinə apardıq. Belə ki, onlara "Plug and Play" tərəfdaşları və maraqlı tərəfləri ilə görüşlər keçirməyə kömək etdik ki, bu da olduqca uğurlu olub. Biz "Plug and Play" ilə onun Azərbaycandakı mövcudluğunu genişləndirmək məsələsini müzakirə mərhələsindəyik. Ümid edirəm ki, bu müzakirələr müsbət nəticə verəcək və biz Azərbaycandakı bütün bu əməkdaşlığı və tərəfdaşlığı genişləndirərək burada innovasiya ekosistemi quracağıq", - o vurğulayıb.
Qeyd edək ki, "Plug and Play × IDDA – Industry Challenges" tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Plug and Play" şirkətinin birgə təşkilatçılığı, "AZCON Holding"in portfel şirkətlərinin iştirakı ilə keçirilir. Tədbirin məqsədi Azərbaycanın əsas nəqliyyat və infrastruktur qurumlarının qarşılaşdığı çağırışların innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanlarını müzakirə etmək, həmçinin innovasiya üzrə yol xəritələrinin formalaşdırılmasıdır.
Oxşar xəbərlər
Fərid Osmanov: "Plug and Play × IDDA – Industry Challenges" tədbiri böyük fürsətlər yaradır"
Rəqəmsal oyun ekosisteminin inkişafını dəstəkləyən Xsolla-IDDA İnkubasiya Proqramına start verilib
"İDDA Awards" müsabiqəsinin mükafatlandırma prosesinə 4 ildə 500-ə yaxın iştirakçı qatılıb
İRİA və "Plug and Play" startapların qlobal bazarlara çıxışını dəstəkləyən proqrama start verir
İRİA heyəti Çadda rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəran, Astara, Masallı, Lerik və Yardımlıda Zəfər Günü qeyd edilib
-
Ölkə ərazisinin əksər yerlərində hava yağıntılıdır - Faktiki hava
-
Azərbaycan Prezidenti: 44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Mehriban Əliyevaya: Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün
-
Los-Ancelesdə avtomobil piyadaların üzərinə sürülüb, 8 nəfər yaralanıb













