Fərid Osmanov: "Plug and Play × IDDA – Industry Challenges" tədbiri böyük fürsətlər yaradır"
Far.Az xəbər saytı

Fərid Osmanov: "Plug and Play × IDDA – Industry Challenges" tədbiri böyük fürsətlər yaradır"


"Plug and Play × IDDA – Industry Challenges" tədbiri Azərbaycanın ekosistemi üçün böyük fürsət və mühüm mərhələdir.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov Bakıda keçirilən "Plug and Play × IDDA – Industry Challenges" adlı təbirdə bildirib.

"İRİA-nın "Plug and Play" ilə birlikdə keçirdiyi bu tədbir bizim üçün həqiqətən də böyük nailiyyətdir. Ümumiyyətlə, bu, ekosistemimiz üçün böyük fürsət və mühüm mərhələdir, çünki biz bu gün dövlət müəssisəsində açıq innovasiyanın necə həyata keçirilməsi proqramına başlayırıq. Gələcək addımlarda bu təşəbbüsü dövlət təşkilatlarına və hökumət qurumlarına da genişləndirəcəyik", - o vurğulayıb

F.Osmanov qeyd edib ki, bu fürsət yerli texnoloji şirkətlər üçün yeni gündəm yaradır: "Odur ki, bu gün hər birimiz daha aktiv olmalı, "Plug and Play"dən olan dostlarla birlikdə işləməli, konkret çağırışları müəyyən etməli, həmçinin texnoloji şirkətlərdən təkliflər verməliyik. Eyni zamanda, "Plug and Play"dəki dostlarımız və həmkarlarımız texnoloji şirkətlərin bütün bu təkliflərini həmin çağırışlarla uyğunlaşdırmağa, bu şirkətlərdə hansı növ imkanların tətbiq oluna biləcəyini müəyyənləşdirməyə və buradakı təcrübənizdən istifadə etməyə kömək edəcəklər".

Qeyd edək ki, "Plug and Play × IDDA – Industry Challenges" tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Plug and Play" şirkətinin birgə təşkilatçılığı, "AZCON Holding"in portfel şirkətlərinin iştirakı ilə keçirilir. Tədbirin məqsədi Azərbaycanın əsas nəqliyyat və infrastruktur qurumlarının qarşılaşdığı çağırışların innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanlarını müzakirə etmək, həmçinin innovasiya üzrə yol xəritələrinin formalaşdırılmasıdır.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər