Dövlət Xidməti: "Təndir hamamı"nın yararsız hala salınan məlumat lövhəsi dövlət tərəfindən qoyulmayıb
Sosial mediada Mərkəzi Parkda "Təndir hamamı" kimi tanınan memarlıq abidəsinin və onun yanında yerləşən qədim su quyusunun məlumat lövhələrinin yararsız hala salınması ilə bağlı məlumatlar yayılıb.
Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən "Far.Az"un sorğusuna cavab olaraq bildirilib ki, adıçəkilən ərazidəki məlumat lövhələri dövlət tərəfindən qoyulan standart lövhə deyil.
Qeyd edilib ki, hazırda mərhələli şəkildə həyata keçirilən layihə çərçivəsində tarix-mədəniyyət abidələrinə məlumat lövhələrinin quraşdırılması işləri davam etdirilir. Ötən il ərzində 1282 tarix-mədəniyyət abidəsində məlumat lövhəsi quraşdırılıb. Həmin hamama da Dövlət Xidməti tərəfindən məlumat lövhəsinin quraşdırılması nəzərdə tutulur.
"Həmin lövhə ərazidə abadlıq işləri görülərkən qoyulub. Lövhənin yararsız hala salınması məsələsinin araşdırılması Dövlət Xidməti tərəfindən diqqətdə saxlanılacaq", - qurumdan bildirilib.
Həmçinin sorğuya cavabda qeyd olunub ki, Mərkəzi Parkın ərazisində yerləşən və "Təndir hamamı" kimi tanınan tikili yerli əhəmiyyətli memarlıq abidəsidir. Abidənin mövcud vəziyyətinin qorunmasına Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Bakı Regional İdarəsi tərəfindən nəzarət həyata keçirilir. Abidədə 2025-ci ildə bərpa işləri aparılıb.
Oxşar xəbərlər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
"Abşeron" sağlamlıq və istirahət mərkəzinin ərazisində abadlıq və yaşıllığın qorunması aksiyası keçirilib
2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq
-
Ramil Nabran: "İllərin böyük sənətkarları bu gün bayağı ifaçıların kölgəsində qalıblar"













