Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ekologiya sahəsində qəbul etdiyi dövlət standartını yeniləyib.
"Report" AZSTAND-a istinadən xəbər verir ki, ISO 14001:2026 "Environmental management systems. Requirements with guidance for use" beynəlxalq standartı əsasında AZS ISO 14001:2026 "Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər" dövlət standartının yeni versiyası qəbul edilib.
Bu dövlət standartının tətbiqi müəssisələrdə ekoloji idarəetmənin təkmilləşdirilməsinə, ətraf mühitə mənfi təsirlərin azaldılmasına, resurslardan daha səmərəli istifadəyə, qanunvericilik tələblərinə uyğunluğun təmin edilməsinə və beynəlxalq bazarlarda rəqabətqabiliyyətliliyin artırılmasına töhfə verəcək.
Onun layihəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılaraq "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 08) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Elnur Bağırov: "Azərbaycanda keyfiyyət infrastrukturu sistemli inkişaf mərhələsinə keçib" - MÜSAHİBƏ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













