Ermənistan Hindistandan "Pralay" raketləri alır? - Region üçün yeni TƏHLÜKƏ
Baku TV-nin "Hərbi xronika" verilişinin budəfəki buraxılışında Hindistanın "Pralay" taktiki raketlərinin Ermənistana mümkün satışı, bu istiqamətdə aparılan danışıqlar və sözügedən raketlərin regionun təhlükəsizlik mühitinə mümkün təsiri təhlil olunub.
Bildirilib ki, Hindistanın müdafiə sahəsinə dair "Indian Defence Research Wing" portalı Müdafiə Nazirliyinin nümayəndəsi Raceş Kumarın Ermənistana son səfəri fonunda "Pralay" raketlərinin İrəvana mümkün tədarükü məsələsini yenidən gündəmə gətirib.
Tərəflərin yeni nəsil raketlər, birgə müəssisələrin yaradılması, sənaye tərəfdaşlığı və digər Hindistan müdafiə sistemlərinin mümkün tədarükünü də müzakirə etdiyi qeyd olunub. Qeyd olunub ki, Ermənistan artıq "Pinaka", "Akash", ATAGS və "Swathi" daxil olmaqla bir sıra Hindistan istehsalı sistemlərin müştərisinə çevrilib.
Yeni mərhələdə isə müzakirələrin daha mürəkkəb və qabaqcıl zərbə imkanlarına, o cümlədən "Pralay" raketlərinə yönəldiyi bildirilir. Açıq mənbələrə görə, Ermənistan üçün raketin təxminən 290 kilometrlik ixrac versiyası nəzərdən keçirilə bilər.
Vurğulanıb ki, "Pralay" DRDO tərəfindən hazırlanmış, mobil platformadan buraxılan, bərk yanacaqlı "yer-yer" tipli kvaziballistik raketdir. Sistem uçuş zamanı trayektoriyasını dəyişə, yüksək dəqiqlikli zərbələr həyata keçirə və "atəş aç, mövqeyi dəyiş" prinsipinə uyğun istifadə oluna bilir.
Raketin müxtəlif konfiqurasiyalarda 150-500 kilometr arasında mənzilə malik olduğu göstərilir. Bildirilib ki, Ermənistanın "Pralay"a mümkün marağı ölkənin uzaqmənzilli yüksək dəqiqlikli zərbə imkanlarını artırmaq cəhdi kimi qiymətləndirilir.
Bununla yanaşı, raketin real effektivliyi yalnız onun mənzili və sayından deyil, kəşfiyyat və hədəfləmə sistemləri ilə inteqrasiyasından da asılıdır. Ermənistanın bu istiqamətdə imkanları məhdud olduğu halda "Pralay"ın regionda ciddi hərbi üstünlük yaratması ehtimalı aşağı qiymətləndirilir.
Oxşar xəbərlər
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Sumqayıt Sənaye Parkında karton və qutu taralarının istehsalı müəssisəsinin açılışı olub
Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında güzgü vərəqələrin istehsalı zavodunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Goranboyda sursat anbarında YANĞIN
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













